Advertisment

Sabiq prokuror şaman oldu – FOTOLAR

2014-cü ildə Rusiya təbliğatının simvoluna çevrilən işğal olunmuş Krımın keçmiş prokuroru Natalya Poklonskaya siyasi səhnədən yoxa çıxıb.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, hazırda sabiq prokuror həyatını kökündən dəyişib və şamanlığa meyl edib.

Natalya Poklonskaya 18 mart 1980-ci ildə Luqansk vilayətinin Mixaylovka kəndində anadan olub və uşaq ikən ailəsi ilə birlikdə Krıma köçüb. O, hüquq təhsili alıb və 2014-cü ildə Rusiya işğalına qədər yarımadadakı Ukrayna prokurorluğunda çalışıb.

Krımın ilhaqından sonra Poklonskaya sədaqət andını pozaraq işğal hakimiyyətinə qoşulub. Kreml onu "Krımın prokuroru" təyin edib və məhz o zaman gənc görünüşü və yüksək vəzifəsi sayəsində Rusiya təbliğatının simasına çevrilib. Ona "şirin piroq" ləqəbi verilib və onun obrazı Rusiya sosial mediasında internet meminə çevrilib.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra qısa müddət Kremlin təbliğat maşınında yer alan Poklonskaya işğal olunmuş ərazilərdəki məktəblərdə uşaqlar arasında göründü və birdən-birə yoxa çıxdı. İndi isə onun internet resurslarda qəribə formada fotoları yayılır.