Babcock International Group şirkəti Kral Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan “Queen Elizabeth” təyyarədaşıyan gəmisinin planlaşdırılmış təmirini başa çatdırıb.
Herbiand.az bildirir ki, gəmi tezliklə dəniz sınaqlarına başlayacaq və bundan sonra döyüş missiyalarına qayıdacaq.
“Queen Elizabeth” 2017-ci ildə istismara verilib. O vaxtdan bəri, müxtəlif problemlər səbəbindən dəfələrlə təmirə dayanıb.
Gəminin su tutumu 64.000 ton, uzunluğu 280 metr, eni 73 metrdir. Ekipaj 679 nəfər, aviasiya heyəti isə 880-dən çoxdur. Bundan əlavə, təyyarədaşıyan gəmi göyərtəsinə 250 ilə 900 arasında dəniz piyadası götürə bilər.
Maksimal yük daşımaq qabiliyyəti 36 F-35B qısa uçuş və şaquli eniş qırıcıları, həmçinin CH-47 “Chinook” nəqliyyat helikopterləri, AH-64 “Apache hücum helikopterləri, HM-2/HC-4 “Merlin” çoxməqsədli qırıcıları və AW-159 “Wildcat” helikopterlərini yerləşdirməyə imkan verir.
Bəxtiyar CƏFƏRLİ