Advertisment

Rusiya Xarici İşlər Nazirliyi: Ermənistan AİB ilə bağlı seçiminin nəticələrini anlamalıdır

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı bütün nəticələri anlayaraq şüurlu seçim etməlidir.

O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı jurnalistlərə açıqlamasında Ermənistan və AİB məsələsini şərh edərkən bildirib ki, "Ermənistan seçdiyi yoldan irəli gələn bütün üstünlükləri və bütün nəticələri anlayaraq şüurlu seçim etməlidir".