Tanınmış rusiyalı ədəbiyyatşünas, tənqidçi və publisist, “Znamya” jurnalının baş redaktoru Sergey Çuprinin 79 yaşında vəfat edib.
Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Jurnalistin vəfat etdiyini ailəsi təsdiqləyib. Ölümünün təfərrüatları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, noyabrın 23-də paytaxtdakı mənzilində Çuprinin səhhəti qəfil pisləşib. Onu müayinə edən həkimlər ağciyərlərində maye toplandığını, nəfəs almaqda çətinlik çəkdiyini qeyd edib.
Qeyd edək ki, Sergey Çuprinin 1947-ci ildə Arxangelsk vilayətinin Velsk şəhərində anadan olub. Rostov Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif dövrlərdə “Komsomolets” vilayət qəzetində və “Literaturnaya qazeta”da çalışıb.
1993-cü ilin dekabrından “Znamya” jurnalının baş redaktoru vəzifəsini icra edib, rus ədəbiyyatına dair bir sıra kitabların müəllifi olub.
Aydın