Advertisment

Rusiya qoşunları Ukrayna ordusunun iki Amerika AN/TPQ-50 radarını məhv edib

Rusiya qüvvələri xüsusi hərbi əməliyyat zonasında artilleriya atəşini aşkarlamaqdakı roluna görə "artilleriyaçı qulaqları" kimi tanınan ABŞ-ın iki AN/TPQ-50 əks-batareya radarını məhv edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Bir AN/TPQ-50 radarı Zaporojye və Dnepropetrovsk istiqamətlərində fəaliyyət göstərən "Şərq" qüvvələr qrupunun bölmələri tərəfindən, ikincisi isə Xarkov yaxınlığında və Donetskin Ukrayna tərəfindən idarə olunan hissəsində döyüşən "Qərb" qrupunun qoşunları tərəfindən məhv edilib.

Rusiya Müdafiə Nazirliyi bu radarların bahalı Amerika istehsalı avadanlıq olduğunu vurğulayıb, buna görə də Ukrayna hərbçiləri onları diqqətlə kamuflyaj edir.

Bəxtiyar CƏFƏRLİ