ABŞ prezidenti Donald Trampın eskalasiya riski səbəbindən Ukraynaya yardımı dayandırmasının vaxtıdır.
Herbiand.az bildirir ki, bu barədə American Conservative (AC) nəşri yazıb.
"Moskvaya qarşı müttəfiqlərin proksi müharibəsi ümumi müharibə ehtimalını artırır. Administrasiya getdikcə təhlükəli olan proksi müharibəsinə dəstəyindən imtina etməli və müttəfiqlərini də eyni şeyi etməyə çağırmalıdır. Amerikanı birinci yerə qoymaq, şübhəsiz ki, Rusiya ilə müharibədən qaçmaq deməkdir..." - nəşrdə bildirilir.
Məqalədə qeyd olunur ki, Moskva üçün xüsusi hərbi əməliyyat ekzistensial əhəmiyyət kəsb edir və Prezident Vladimir Putinin geri çəkilməkdənsə, səylərini ikiqat artırması ehtimalı daha yüksəkdir: “Lakin, Ukrayna əksər Avropa ölkələri, xüsusən də Vaşinqton və Amerika xalqı üçün daha az əhəmiyyət kəsb edir”.
Bəxtiyar CƏFƏRLİ