Advertisment

Renault işçiləri silah istehsalı planı ilə razı deyil

Renault avtomobil zavodlarının bir çox işçisi rəhbərliyin avtomobil komponentləri istehsal xətlərində silah istehsal etmək qərarı ilə razı deyil, lakin imtina etdikləri təqdirdə iş yerlərinin itirilməsi ilə hədələnirlər.

Herbiand.az xəbər verir ki, bu barədə Renault CGT həmkarlar ittifaqının rəsmi nümayəndəsi Floran Qrimaldi LCI televiziya kanalında bildirib.

"Yanğınsöndürənlər, müəllimlər, xəstəxanalar və bir çox başqaları əlavə resurslar tələb edərkən, müharibəyə doğru ümumi hərəkətdən məmnun deyilik. Bir çox işçinin silah istehsal etməyə məcbur edilməsindən və ya zavodu bağlayacağımızdan, işsizliklə üzləşəcəyimizdən də məmnun deyilik. Buna görə də, öz tərəfimizdən açıq şəkildə keçmişin təcrübəsini təkrarlamaq istəmirik. 1910-1930-cu illəri və ən əsası onların nəticələrini yenidən yaşamaq istəmirik", - Qrimaldi deyib.

Onun sözlərinə görə, bir çox işçi silah deyil, avtomobil istehsalı üçün müqavilə imzaladıqlarını bildirib: “Renault-un yeni baş direktoru Fransua Provonun hər kəsin şirkətin yeni siyasətini dəstəkləməsi barədə iddiaları yalandır”.

Bəxtiyar CƏFƏRLİ