Advertisment

Patruşev: ABŞ həqiqətən Ukrayna üzrə sülh prosesinin başlanmasını istəyir

ABŞ həqiqətən Ukraynada sülh prosesində maraqlıdır, amma Amerika birləşməyib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “Life”ın müxbiri Aleksandr Yunaşevə amerikalıların Ukraynaya sülh danışıqlarına razılıq verməsi üçün təsir göstərməli olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

"Düşünürəm ki, onlar həqiqətən sülh prosesinin başlanmasında maraqlıdırlar, amma Amerika da birləşməyib - Respublikaçılar, Demokratlar var və onlar üçün də işlər o qədər də sadə deyil. Avropa ümumiyyətlə, sülhdə maraqlı deyil", - prezidentin köməkçisi deyib.

Bəxtiyar CƏFƏRLİ