Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkənin 43 bölgəsində qanunsuz silah dövriyyəsində iştirak edən 111 nəfəri saxlayıblar.
Herbiand.az FTX-yə istinadən bildirir ki, əməliyyat nəticəsində odlu silahların emalı və istehsalı ilə məşğul olan 37 yeraltı emalatxana bağlanıb.
Qanunsuz dövriyyədən qumbaraatanlar, pulemyotlar, qumbaralar və partlayıcı maddələr də daxil olmaqla 297 silah və digər qadağan olunmuş əşyalar müsadirə edilib.
Əməliyyat tədbirləri eyni vaxtda Rusiyanın bir neçə bölgəsində aparılıb.
Bəxtiyar CƏFƏRLİ