Ukrayna Silahlı Qüvvələrinin dronları idarə etmək üçün istifadə etdiyi yeraltı zirehli kapsulalar hava bombaları ilə məhv edilə bilər.
Herbiand.az xəbər verir ki, bu fikri Xarici və Müdafiə Siyasəti Şurasının üzvü, xüsusi hərbi əməliyyat iştirakçısı Yan Qaqin bildirib.
O, qeyd edib ki, Ukrayna hərbçiləri belə obyektləri çoxdan tikməyə başlayıb və buna görə də Rusiya qoşunları xüsusi əməliyyatın əvvəlindən onlarla qarşılaşır: "Onları aşkar etmək və məhv etmək olduqca çətindir. Bunun üçün əhəmiyyətli atəş gücü tələb olunur - əksər hallarda Aerokosmik Qüvvələrinin hava bombaları. Sadəcə belə bir sığınacağı aşkar etmək kifayət deyil, həm də müdafiənin dərinliyinə nüfuz edə bilən bir məhvetmə vasitəsinə ehtiyacınız var".
Bəxtiyar CƏFƏRLİ