Advertisment

Bu ölkənin XİN rəhbəri müharibə ehtimalına qarşı düyü və mürəbbə ehtiyatı toplayıb

Polşa xarici işlər naziri Radoslav Sikorski müharibə olacağı halda ərzaq ehtiyatı topladığını söyləyib.

Herbiand.az bildirir ki, Fakt nəşrinin jurnalisti XİN rəhbərinə "təxliyə çantası"nı hazırlayıb-hazırlamaması ilə bağlı sual verib.

Sikorski cavabında bunları deyib: "Düyü ehtiyatı toplamışam, evdə əl nasosum var, üstəlik bağçamdakı meyvələrdən mürəbbə də hazırlamışam".

O, əlavə edib ki, artıq təhlükəsizlik tövsiyələri ilə tanış olub və evinə ən yaxın sığınacağın yerini tapıb: “Hər kəs sarğının necə qoyulacağını bilməlidir. Bu bacarıqlar hətta sülh dövründə də faydalı ola bilər”.

XİN rəhbəri vurğulayıb ki, əgər dövlət vətəndaşlara “dinlə, bu, qarışıq dövrlərdir, hazır olmaq daha yaxşıdır” deyirsə, onda bu məsləhətə əməl etməyin zərəri olmaz.

Bəxtiyar CƏFƏRLİ