Yak-130M döyüş təlim təyyarəsi aşağı sürətli hədəfləri vurmağı öyrənib.
Herbiand.az bildirir ki, bu barədə “Rostex” Dövlət Korporasiyası məlumat verib.
Qeyd olunub ki, təkmilləşdirmədən sonra təyyarə yeni sistemlər əldə edib və bu da onun döyüş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Təyyarə artıq hava və yerüstü hədəfləri aşkarlaya, eləcə də ərazi və hava şəraitini nəzərə ala bilir. Gecə və zəif görünürlük şəraitində əməliyyatlar üçün quraşdırıla bilən termal görüntü cihazı hədəfi görünən yerdə saxlamağa kömək edir. Təyyarənin zərbə potensialı dörd borulu buraxılış qurğuları ilə artırılıb.
Bəxtiyar CƏFƏRLİ