Yaponiyanın Japan Marine United (JMU) və Britaniyanın BMT şirkətləri Yaponiya Özünümüdafiə Qüvvələri üçün yeni nəsil ilk CAIMEN sinifli yüksək sürətli desant gəmisini suya buraxıblar.
Herbiand.az bildirir ki, katerlər 2025-ci ilin mart ayında Yaponiyanın cənub-qərbindəki liman infrastrukturunun məhdud olduğu ucqar adalar da daxil olmaqla, personalın, texnika və avadanlıqların sürətli daşınması üçün yaradılmış Yaponiya Dəniz, Quru və Hava Özünümüdafiə Qüvvələrinin birgə bölməsi olan Dəniz Nəqliyyatı Qrupunin istifadəsinə veriləcək.
CAIMEN-in uzunluğu 35 metrdir, alüminium gövdəyə malikdir. Katerlər müxtəlif əməliyyat şəraitində müxtəlif sahil missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. Onlar bir əsas döyüş tankı və ya dörd yüngül zirehli maşın daşıya bilər. Yük göyərtəsinin sahəsi təxminən 100 kv/m-dir.
Hazırda bu katerdən 4 ədəd sifariş olunub. Bütün partiyanın 2028-ci ilə qədər çatdırılması gözlənilir.
Bəxtiyar CƏFƏRLİ