Advertisment

Ruslar pullarını banklardan çıxarır

Ötən ay Rusiya banklarında fiziki şəxslərə məxsus vəsaitlərin həcmi 0,1 trilyon rubl (0,2 faiz) azalıb. Herbiand.az xəbər verir ki, bu barədə tənzimləyici qurum məlumat yayıb.

Rusiya Mərkəzi Bankı bu dinamikanın səbəblərini açıqlayıb. Qurumun qiymətləndirməsinə görə, vəsaitlərin azalmasına əsasən avqust ayında artan məzuniyyət xərcləri və yeni tədris ilinə hazırlıqla bağlı ödənişlər təsir göstərib.

Bundan əvvəl Mərkəzi Bank bildirmişdi ki, sentyabrın ikinci ongünlüyündə ölkənin 10 ən iri kredit təşkilatında əmanətlər üzrə orta maksimal faiz dərəcəsi 13,01 faizə yüksəlib. Sentyabrın ilk ongünlüyündə bu göstərici 12,95 faiz təşkil edib.

Proqnozlara görə, III rübün yekunlarına əsasən, iri banklarda əmanətlər üzrə orta maksimal faiz dərəcəsi illik 13,5–14,5 faizə çata bilər. Bu ilin sonuna qədər isə faizlərin 11,5–12 faizə qədər enməsi istisna edilmir.

E.Cəfərli

Herbiand.az