Advertisment

İntihar etmiş sabiq mühafizəçinin “WhatsApp” yazışması üzə çıxdı

Türkiyənin İstanbul şəhərində dəhşətli  intihar hadisəsi baş verib.

Herbiand.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının Kocaelidən seçilmiş deputatı, Türkiyə millisinin sabiq futbolçusu Saffet Sancaklının keçmiş mühafizəçisi özünü öldürüb.

33 yaşlı Batuhan Bıyıkoğlu cəsədi Şişlidəki evində başından güllə ilə vurulmuş halda tapılıb. Bıyıkoğlu hadisədən əvvəl xalasına “WhatsApp” vasitəsilə “anama sahib çıxın, onu tək qoymayın” məzmunlu mesaj göndərib.

Mühafizəçinin otağında isə “telefonda bir xatirə buraxdım” yazısı tapılıb, mobil telefonunda isə təxminən 4 dəqiqəlik video qeyd müəyyən edilib.

Qeyd edək ki, hadisə Şişlinin Eskişehir məhəlləsində baş verib. Oğlunun otağından silah səsi eşidən 59 yaşlı anası yataq otağına girən zaman Batuhanı stulda yıxılmış vəziyyətdə tapıb.

E.Cəfərli

Herbiand.az