Advertisment

Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır

Rumıniya Avropa İttifaqında benzinin qiymətinin bir ay ərzində ən çox artdığı ölkələr sırasında yer alıb.

Herbiand.az xəbər verir ki, Rumıniyanın “Știrile ProTV” nəşrinin Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadla yaydığı xəbərə görə, bu ilin avqustunda ölkədə benzinin qiyməti iyul ayı ilə müqayisədə 6,6 faiz artıb. Aİ üzrə orta artım isə 3,3 faiz təşkil edib.

“Eurostat”ın məlumatına əsasən, iyul-avqust aylarında benzinin qiyməti Aİ-nin 22 ölkəsində yüksəlib, üç ölkədə azalıb, daha iki dövlətdə isə dəyişməyib.

Dizel yanacağının qiymətində də artım müşahidə olunub. Rumıniyada dizel avqustda əvvəlki ayla müqayisədə 6,1 faiz bahalaşıb. Aİ üzrə orta göstərici 8,3 faiz olub. Bununla da Rumıniya dizel yanacağının qiymətinin ən az yüksəldiyi üzv dövlətlər sırasında yer alıb.

Avropa İttifaqının 27 üzv dövlətindən 26-da yanacaq və sürtkü materiallarının qiymətləri 2025-ci ilin avqustu ilə müqayisədə artıb. Üzv ölkələrin 18-də illik bahalaşma 20 faizdən yüksək olub.

Rumıniyada yanacağın illik bahalaşması iyunda 23,1 faiz, iyulda 24,2 faiz, avqustda isə 26,7 faiz təşkil edib. Beləliklə, son aylarda ölkədə yanacağın qiymət artımının sürətləndiyi müşahidə olunur.