Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi davam etdirilir.
Herbiand.az xəbər verir ki, noyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç olub.
Bu mərhələdə Cəbrayılın Soltanlı kəndinə köçən isə 16 ailəyə (80 nəfər), Zəngilanın Cahangirbəyli kəndinə qayıdan 19 ailəyə (75 nəfər) evlərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla da bu gün ümumilikdə 35 ailə (155 nəfər) doğma yurdlarında daimi məskunlaşma ilə təmin olunub.