Advertisment

Rusiya qoşunları “Krasnopol-M2” mərmiləri və “Planshet” kompleksləri alıb

Rusiya Silahlı Qüvvələri “Yüksəkdəqiqlikli komplekslər” holdinqi tərəfindən hazırlanmış “Krasnopol-M2” idarə olunan raketləri və “Planshet” artilleriya atəş idarəetmə sistemlərini təhvil alıb.

Herbiand.az bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyası Telegram-da məlumat verib.

Qeyd olunub ki, “Krasnopol-M2” raketləri onlarla kilometr məsafədən kiçik hədəfləri vurmaq qabiliyyətinə malikdir. “Planshet” sistemləri “Krasnopol-M2” raketlərinə istiqamət vermək üçün kəşfiyyat dronları da daxil olmaqla, məlumatları real vaxt rejimində emal edir.

Bəxtiyar CƏFƏRLİ