Advertisment

Tramp Çin lideri ilə görüşdə əsas müzakirə mövzusunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdə süni intellekt və “super intellekt” məsələsinin əsas müzakirə mövzularından biri olacağını bildirib.

Herbiand.az xəbər verir ki, Tramp bunu özünün “Truth Social” hesabında yazıb.

“Çin lideri Si Cinpinlə görüşümüzdə super intellekt (SI) əsas müzakirə mövzularından biri olacaq. Lakin mən onun hazırkı vəziyyətdə qalmasını istəyirəm və Çin də bu mövqedədir. Bu sahədə bizim əsas nəzarət mexanizmimiz Ədliyyə Nazirliyidir”, – Tramp qeyd edib.