Advertisment

Türkiyədə “siyasi zəlzələ”: “Çatlar dərinləşir”, ana müxalifət kim olacaq?

Mansur Yavaşın Cümhuriyyət Xalq Partiyasından (CXP) istefası və onun ardınca Ankarada səkkiz ilçə bələdiyyə sədrinin partiyanı tərk etməsi Türkiyə siyasətində ciddi müzakirələrə səbəb olub. Bu istefalar nəticəsində CXP-nin Ankaradakı yerli siyasi dayaqları da əhəmiyyətli dərəcədə zəifləyib. Mansur Yavaş isə CXP-dən ayrıldıqdan sonra siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini açıqlayıb. Baş verənlər ana müxalifətin sıradan çıxması ilə nəticələnə bilərmi? Özgür Özəlin Yeni Partiyası və ya Mansur Yavaşa yaxın yeni siyasi xətt Türkiyədə ana müxalifət boşluğunu doldura biləcəkmi?

Ümid Partiyası sədrinin birinci müavini, siyasi şərhçi Ənvər Ağazadə Herbiand.az-a açıqlamasında bildirib ki, Türkiyədə davam edən daxili siyasi gərginlik təkcə iqtidar-müxalifət mübarizəsi deyil.

“Müxalifətin öz içərisində də daxili çəkişmələr, gərginliklər Türkiyədə gündəmi zəbt edən əsas xəbərlərdəndir. Bu cəkişmələr ana müxalifət olan CXP-nin parçalanmasi ilə nəticələndi. Nəticədə CXP ana müxalifət statusunu itirmiş oldu. Bu gün Türkiyə konstitusiyasına görə ana müxalifət CXP-dən ayrılanların qurduğu Yeni Partiyadır. Parlamentdəki deputat sayına görə Ədalət və İnkişaf Partiyası (AKP) 280 mandatla birinci, Yeni Partiya isə 91 millət vəkili ilə ikincidir. Qanunla deputat sayına görə parlamentdə ikinci olan partiya ana müxalifət statusunu qazanır. Amma Yeni Partiya bu statusunu saxlaya biləcəkmi? Bu, şübhə doğurur. Cünki o deputatlar CXP elektoratının səsi hesabına mandat qazanıblar. Türkiyədə hər partiyanın uzun illər formalaşmış və sabit elektoratının olduğunu nəzərə alsaq, növbəti seçkilərdə Yeni Partiyanın deputat sayının indiki qədə və ya artacağı şübhə doğurur. Əksinə azalacağı ehtimalı daha çoxdur. Çünki siyasi təşkilatlarda bölünmə, parçalanma adətən, onların seçkilərdə səsini, elektoratını artırmır, əksinə azaldır. Özgür Özəl tərəfdarları özlərini Türkiyə cəmiyyətinə Yeni Partiya kimi təqdim etsələr də, onlar daha çox “Atatürkün qurduğu partiyanı-CXP-ni parçalayan, bölənlər” xarakterizə olunacaqlar. Ona görə də onların növbəti seçkilərdən sonra ana müxalifət statusunu saxlaya biləcəkləri ehtimalı azdır”.

Ə.Ağayevin fikrincə, CXP caməesində siyasi çəkisi olan əsas fiqurlardan biri Ankara bələdiyyə başqanı Mənsur Yavaşdır.

“Dünən o da CXP sıralarından istefa verdi. Özünün açıqlamalarına görə Mənsur Yavaş Yeni Partiya sıralarına qoşulmayacaq. Bu da Yeni Partiyanın səslərinin azalmasına səbəb olacaq. İstefa verən bələdiyyə başqanlarının da Yeni Partiyanın sıralarına qoşulacaqları ehtimalı aşağıdır. Hətta bəzi bələdiyyə başqanları CXP parçalandıqdan sonra AKP-yə üzv oldular. CXP hazırda parlamentdə 44 deputatla təmsil olunur və ana müxalifət statusunu itirib. CXP-nin hüquqi statusu hələ tam aydın deyil. Qurultayla bağlı məhkəmə prosesi oktyabrın 21-ə təxirə salınıb. Partiya yeni qurultay kecirə bilməyib. Üstəlik, Mənsur Yavaşın istefası CXP üçün daha böyük itkidir. Amma hüquqi statusu bəlli olduqdan sonra CXP-də yenidən toparlanma ola bilər”-deyə, o, bildirib.

 

Məhəmməd Əliyev

Herbiand.az