Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisi üzərindən buraxılan pilotsuz təyyarələrin sayı azalıb.
Herbiand.az bildirir ki, bunu Dövlət Dumasının deputatı və Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
O, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Baş Assambleyası üçün Nyu-Yorkda olması ilə əlaqələndirib: “Ukrayna lideri sülhməramlı mövqe nümayiş etdirməyə çalışır. O, gəldi və təmas xətti boyunca müvəqqəti atəşkəsə hazır olduğunu nümayiş etdirdi. O, vacib infrastrukturlarını hədəf almamağı xahiş edir, cavab olaraq neft emalı zavodlarımıza zərbə endirməyəcəklərini deyir, amma bu, tamamilə cəfəngiyatdır. Birincisi, bu, qeyri-bərabər mübadilədir.
İkincisi, Zelenskiyə etibar etmək olmaz. Bu, onun nümayişkaranə, şəffaf bir hiyləsidir”.
Deputat bildirib ki, onun Rusiyaya qarşı terror aktlarını yumşaltması, sursat təchizatı ilə bağlı problem Zelenskinin hələ danışıqlar yolunda olduğu müddətdə müvəqqəti hiyləsi ilə bağlıdır: “Rusiya ilə Ukrayna arasında sülh davamlı olmalıdır. Bu, münaqişənin ilkin səbəblərinin aradan qaldırılmasını tələb edir”.
Bəxtiyar CƏFƏRLİ