Bu gün həyatını gənc nəslin təlim-tərbiyəsinə və cəmiyyətin gələcəyinə həsr edən müəllimlərin peşə bayramıdır.
Herbiand.az xəbər verir ki, Azərbaycanda bu əlamətdar gün 1993-cü ildən qeyd olunur və hər il müəllim əməyinə verilən yüksək dəyərin ifadəsinə çevrilir.
Ulu Öndər Heydər Əliyev müəllimlik peşəsini daim yüksək qiymətləndirib, Prezident İlham Əliyev isə təhsilin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Son illərdə ölkədə minlərlə yeni məktəb tikilib və əsaslı təmir olunub, təhsil müəssisələrinin maddi-texniki bazası yenilənib, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də məktəb infrastrukturunun yenilənməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verib. Azərbaycan müəllimləri Vətən müharibəsində də böyük fədakarlıq göstərərək döyüşlərdə iştirak edib, şəhid verib və göstərdikləri qəhrəmanlıq nümunələri ilə tarixə düşüblər.
Bu əlamətdar gün münasibətilə bütün müəllimləri təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
Aydın