Rusiyanın T-90M tankı təlimlər zamanı dronları və sursatları ələ keçirmək üçün uyğunlaşdırılmış “Arena-M” sisteminin yeni versiyasını sınaqdan keçirib. Sistem radar vasitəsilə yaxınlaşan hədəfi aşkarlayır və sonra təhlükəyə doğru sursat atır.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine (MWM) jurnalı yazıb.
Nəşr qeyd edib ki, “Arena-M” əvvəlcə zirehli texnikaları ənənəvi tank əleyhinə silahlardan qorumaq üçün hazırlanmışdı. Lakin PUA-ların geniş istifadəsi sistemin daha da inkişaf etdirilməsini zəruri etdi. 2026-cı ilin əvvəlində Rusiya müdafiə sənayesinin nümayəndələri sistemə xüsusi anti-dron rejimi verən proqram təminatında dəyişikliklər elan etdilər.
Daha sonra təkmilləşdirilmiş “Arena-M” ilə təchiz olunmuş T-72B3A tankları cəbhə bölgələrində görünməyə başladı. Ekipajlar nəqliyyat vasitələrini döyüş zonalarına yerləşdirməzdən əvvəl əlavə təlim keçiblər.
Jurnal bildirib ki, sistem hazırda T-90M və T-72B3A tanklarında istifadə olunur.
Bəxtiyar CƏFƏRLİ