Advertisment

Paytaxtda partlayış səsləri eşidilib

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib. Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” nəşrinə aid telegram kanalında məlumat yayılıb.

Dəqiq sayı açıqlanmayan partlayışlar  paytaxtda hava həyəcanı elan edildiyi vaxt baş verib.

Hansı infrastruktur obyektlərinin zərər gördüyü məlum deyil. Məlumata görə, Kiyevin Peçersk rayonunda isə yanğın baş verib.

Qeyd edək ki, meri Vitali Kliçkonun verdiyi məlumata görə, oktyabrın 4-ü səhər saatlarında Rusiya hərbçilərinin Kiyevdə Dnepr çayı üzərindən keçən Şimal körpüsünə zərbə endirib.

Aydın

Herbiand.az