Advertisment

Qazaxıstanda cinayətlərin sayı azalıb

Qazaxıstanda 2026-cı ilin ilk doqquz ayında cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalıb.

Herbiand.az Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayevə daxili işlər naziri Yerjan Sadenov məlumat verib. Bildirilib ki, ilin ilk doqquz ayında ölkədə cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 mindən çox azalıb.

Məlumata görə, əvvəlki illərdə törədilmiş 2500-dən çox cinayətin üstü açılıb, axtarışda olan 1039 şəxsin yeri müəyyən edilib.

Qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin sayı da 5 faiz azalıb. Qəzalarda ölənlərin sayı 16 faiz, xəsarət alanların sayı isə 7 faiz aşağı düşüb.

AZƏRTAC