Advertisment

NATO Rusiyaya qarşı plan hazırlayır-polkovnik açıqladı

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç Rusiya üzərində “sürətli qələbə” strategiyası hazırlayır. Herbiand.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata əsasən, “Qələbə nəzəriyyəsi” adlı sənəddə PUA-ların və süni intellekt texnologiyalarının ənənəvi silahlı qüvvələrin imkanlarına inteqrasiyasına xüsusi önəm verilir.

Qeyd edək ki, Qrinkeviç planı oktyabrın 12-də Polşada təqdim edəcək. Strategiyanın məqsədi Rusiyanın hücumu baş verərsə, NATO-nun necə hərəkət edəcəyini göstərmək, alyansın buna hazır olduğunu ictimaiyyətə çatdırmaq və müdafiə xərclərinin hansı səbəbdən artırılmasını izah etməkdir.

Qrinkeviçin nümayəndəsi polkovnik Martin O'Donnell nəşrə planın detalları barədə açıqlama verməyib. O, bununla belə, alyansın “müstəsna müdafiə xarakteri” daşıdığını vurğulayıb. “Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanının qələbə nəzəriyyəsi sadədir: NATO-nun üstünlüyünü qorumaq.

Qlobal təhlükəsizlik sahəsində qeyri-sabit və mürəkkəb vəziyyəti nəzərə alaraq, təcavüzün qarşısını almaq və zərurət yaranarsa, hücum edərək qələbə qazanmaq üçün lazımi şəraiti indidən yaratmalıyıq”, - deyə polkovnik  bildirib.

Aydın

Herbiand.az