Advertisment

Rumıniyada ehtiyatda olan hərbçilərin təlimi başlayıb

Buxarestdə və paytaxtı əhatə edən İlfov rayonunda Rumıniya ordusunun ehtiyatda olan hərbçiləri üçün səfərbərlik hazırlığı başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Rumıniya radiosu məlumat yayıb.

Tədbir oktyabrın 12-dək davam edəcək. Hər bir ehtiyatda olan hərbçi bir gün ərzində atıcılıq təlimlərində iştirak edəcək, xidmətdə olan zirehli texnika ilə tanış olacaq, həmçinin təcili tibbi yardımın göstərilməsi, kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrindən mühafizə ilə bağlı təlimatlar alacaq.

İştirakçılara təlim-məşq toplanışını bitirdikdən sonra arayış veriləcək. Bunun əsasında hər kəs bir günlük ödənişli məzuniyyət alacaq, həmçinin nəqliyyat xərclərini ödəyə biləcək.

Bəxtiyar CƏFƏRLİ