Meksika hakimiyyəti Ukrayna Silahlı Qüvvələri tərəfində döyüş əməliyyatlarında iştirak etdiyi iddia edilən meksikalı muzdluların videoları ilə bağlı araşdırmaya başlayıb.
Herbiand.az bildirir ki, ölkə prezidenti Klaudiya Şeynbaum bunu gündəlik mətbuat konfransında açıqlayıb və araşdırmanın Təhlükəsizlik Kabineti tərəfindən aparıldığını söyləyib.
İstintaqa sosial mediada hərbi geyimli şəxslərin Meksika narkotik kartellərinə istinad etdiyini göstərən videoların yayılması səbəb olub. Xüsusilə, “Yeni nəsil Xalisko” karteli və Sinaloa karteli ilə əlaqəli “La Çapisa” qrupu qeyd olunur.
Prezident deyib ki, ekspertlər görüntülərin həqiqi olub-olmadığını müəyyən etməyə çalışır. Meksikalıların iştirakı təsdiqlənərsə, hakimiyyət onların münaqişə zonasına necə düşdüyünü müəyyən etməli olacaq. Şeynbaum etiraf edib ki, iddia edilən döyüşçülər özəl şirkətlər və ya ölkələrdən birinin silahlı qüvvələri tərəfindən cəlb edilə bilərdi.
Bəxtiyar CƏFƏRLİ