Advertisment

Litva sakinləri Rusiya ilə sərhəddə qoşun yeridilməsindən narazıdır

Litvanın Panemune şəhərinin sakinləri Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə müntəzəm ordunun mövcudluğuna ehtiyac olduğunu şübhə altına alıblar.

Herbiand.az bildirir ki, bu barədə LRT kanalı məlumat yayıb

Kanala danışan yerli sakinlərdən biri bildirib: "Bura sakitdir, təhlükəsizdir. Burada nə edirsiniz, haradan gəlmisiniz? Burada hər şey yaxşıdır."

Kanala danışan başqa bir sakin isə deyib ki, hərbçilərin keçdiyini görüb, lakin təhlükə hiss etməyib: "Bəzən hərbi texnikanın, nəyinsə keçdiyini görürsən, bəli, xoşagəlməzdir, amma nədirsdə odur. Burada heç bir təhlükə əlaməti yoxdur, mən heç bir şey hiss etməmişəm".

Qeyd edək ki, bir müddət əvvəl Litvanın müdafiə naziri Robertas Kaunas Kalininqrad vilayəti ilə sərhədi qorumaq üçün bir neçə həftə ərzində sərhədçilərə kömək etmək üçün 100-ə qədər əsgərin göndəriləcəyini açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ