Okinavada dəniz piyadasının həbsindən sonra ABŞ hərbi komandirləri hərbçilərin bazaları tərk etməsini və spirtli içki içməsini qadağan ediblər.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, hadisə Tokio ilə Vaşinqton arasında diplomatik mübahisəyə səbəb oldu.
Yaponiyanın Okinava adasındakı ABŞ qüvvələri yerli bir qadını öldürməkdə və soymaqda şübhəli bilinən 20 yaşlı dəniz piyadasının həbsindən sonra 48 saatlıq "əməliyyat fasiləsi" tətbiq edib və hərbçilərin bölmələrini tərk etməsi qadağan olunub.
Bəxtiyar CƏFƏRLİ