İsveç Qotland adasında genişmiqyaslı təlim təşkil edib. Təlimdə əhalinin təxliyəsi məşq olunub. Yerli sakinlər və Tac Şahzadəsi Viktoriya da manevrlərə qoşulub.
Herbiand.az bildirir ki, bu barədə Sweden Herald nəşri yazıb.
İştirakçılar təhlükəli zonalardan insanların təyin olunmuş qəbul mərkəzlərinə təxliyəsini məşq ediblər. Vətəndaşlar avtobusla aparılıb, sonra müvəqqəti mənzil, yemək və digər zəruri vasitələrlə təmin olunublar.
Məlumata görə, manevrlərdə İsveç Silahlı Qüvvələri, Qotland rayon inzibati şurası, yerli hakimiyyət orqanları və İsveç kilsəsi iştirak edib.
Bəxtiyar CƏFƏRLİ