Moskvanın Simonovski rayon məhkəməsi Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun həbs müddətini 6 yanvara qədər uzadıb.
Herbiand.az xəbər verir ki, bu barədə onun vəkili Denis Baluev RİA Novosti agentliyinə bildirib.
Vəkil deyib ki, qərar ümumi məbləği 1,3 milyard rubl olan rüşvət işi ilə əlaqədar verilib.
İş üzrə ikinci təqsirləndirilən şəxs olan "OlimpSitiStroy" şirkətinin rəhbəri Aleksandr Fomin üçün də məhkəməyəqədərki həbs müddəti uzadılıb.
İvanov yeni cinayət işi üzrə istintaq aparıldığı üçün cəzaçəkmə müəssisəsində deyil, məhkəməyəqədərki həbsdə qalır. Məhkəmə iclası qapalı keçirilir.
Xatırladaq ki, Moskva şəhər məhkəməsi 1 iyul 2025-ci ildə Timur İvanovu mənimsəmə ittihamı ilə cəzasını ümumi rejimli həbsxanada çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edib, həmçinin 100 milyon rubl cərimələyib. O, dövlət mükafatlarından məhrum edilib. Müdafiə tərəfi hökmdən apelyasiya şikayəti versə də, Rusiya Federasiyası Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Bəxtiyar CƏFƏRLİ