Advertisment

Biləsuvarda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Herbiand.az-ın xəbərinə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.