Cənubi Koreya Ukraynadakı səfirliyinin diplomatlarını geri çağıracaq.
Herbiand.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl rəsmi Seul Kiyevdəki səfirini də geri çağırıb.
Buna Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreyanın əsir götürülmüş iki hərbçisinin Cənubi Koreyaya təhvil verildiyini ictimaiyyətə açıqlaması səbəb olub.