Çin ilk dəfə YJ-9 sursatının uzadılmış versiyası olan YJ-9ER gəmi əleyhinə aviasiya raketini ictimaiyyətə nümayiş etdirib.
Herbiand.az Çin mətbuatına istinadən bildirir ki, məhvetmə məsafəsi iki dəfə artırılıb: helikopterlərdən 30 km, təyyarələrdən 60 km (baza model üçün müvafiq olaraq 15 km və 30 km) çatır.
Yeni məhsul Çin Xalq Azadlıq Ordusunun kiçik yüksək sürətli suüstü gəmiləri, o cümlədən Tayvanın “Tuo Chiang” sinfinə aid raket korvetlərini məğlub etmək imkanlarını gücləndirmək üçün nəzərdə tutulub.
Bəxtiyar CƏFƏRLİ