Çeçenistan rəhbəri Ramzan Kadırov yeni mükafata layiq görülüb. Herbiand.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Dmitri Patruşev R. Kadırovu “Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin medalı" ilə təltif edib.
TASS-ın məlumatına görə, mükafatlandırma mərasimi Patruşevin Çeçenistana işgüzar səfəri zamanı baş tutub.
Patruşev Kadırovun artıq üç ildir ətraf mühitin mühafizəsi ilə məşğul olduğunu vurğulayıb.
O, bu sahəyə göstərdiyi diqqətə görə Çeçenistan rəhbərinə təşəkkür edib. Səfər çərçivəsində Patruşev və Kadırov Qroznıdakı “Texnopark” ekoloji kompleksi ilə tanış olub, Fortanqa çayı üzərində sahilbərkitmə işlərinə baxıblar.
Onlar həmçinin “Standart-S” şirkətinin əkin sahələrində məhsul yığımı prosesi və Qroznı ippodromunun fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, sosial şəbəkələrdə Ramzan Kadırovun ətraf mühitin mühafizəsi ilə məşğul olmasına dair məlumat təəccüblə qarşılanıb.
Aydın