Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Herbiand.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedec" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1990-cı il təvəllüdlü Ş.Quliyev və və 2000-ci il təvəllüdlü N.Hüseyov xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.