Almaniyanın Rheinmetall müdafiə sənayesi şirkətinin səhmləri 5 noyabr tarixində keçirilən ticarət əməliyyatlarında 18% ucuzlaşıb. Buna səbəb, şirkətin cari il üçün maliyyə proqnozunu aşağı salmasıdır.
Herbiand.az bildirir ki, şirkətin səhmləri 18,14% azalaraq səhm başına 821,4 avroya düşüb.
Maliyyə hesabatında şirkət cari il üçün mənfəət proqnozunu təxminən 13,2 milyard avroya qədər yenidən nəzərdən keçirib, əvvəlki proqnoz 13,7-14,2 milyard avro idi. Əvvəlki il üçün satışlar 9,935 milyard avro təşkil edib.
Şirkət proqnoz dəyişikliyini bir neçə layihənin həyata keçirilməsindəki gecikmələrlə əlaqələndirib.
Bəxtiyar CƏFƏRLİ