Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin silahlanma rəisi və logistik təminat rəisi vəzifələrini müdafiə nazirinin müavinləri kimi təsis edən fərman imzalayıb.
Herbiand.az bildirir ki, bu barədə rəsmi hüquqi məlumat saytında məlumat verilib.
Rusiya Federasiyası Prezidenti tərəfindən 16 avqust 2004-cü il tarixində verilmiş 1082 nömrəli "Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məsələləri" fərmanı müvafiq olaraq dəyişdirilir.
Sənəddə deyilir: "Rusiya Federasiyası Müdafiə Nazirliyinə 12 nazir müavini, o cümlədən... Rusiya Silahlı Qüvvələrinin silahlanma rəisi - nazir müavini və Rusiya Silahlı Qüvvələrinin logistik təminat rəisi - nazir müavini vəzifələrini tutmaq səlahiyyəti verilsin".
Bəxtiyar CƏFƏRLİ