Advertisment

Əfsanəvi aktyor 99 yaşında dünyasını dəyişdi

Məşhur rusiyalı aktyor, SSRİ Xalq artisti Yuri Kayurov 99 yaşında vəfat edib.

Herbiand.az xəbər verir ki, bu barədə TASS agentliyinə aktyorun yaxınları məlumat verib.

Maly Teatrının baş rejissoru Aleksey Dubrovskinin açıqlamasına görə, aktyorun vəfatı təbii səbəblərlə bağlı olub.

Onun noyabrın 10-da Moskvadakı Troekurov qəbiristanlığında dəfn olunacağı bildirilir.

Yuri Kayurov 1927-ci il sentyabrın 30-da Çerepovets şəhərində anadan olub. 1952-ci ildə A.N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib, 1967-ci ildən Dövlət Akademik Maly Teatrında fəaliyyət göstərib.

Aktyor kinoda debütünü 1961-ci ildə “Əsrin əvvəlində” filmində sosialist inqilabının lideri Vladimir Lenini canlandırmaqla edib. Sonrakı illərdə Lenini ümumilikdə 18 filmdə oynayıb.

Kayurov 40-dan çox film və serialda müxtəlif obrazlar yaradıb. Dövlət mükafatları da daxil olmaqla bir sıra nüfuzlu mükafatlarla təltif edilib.

Aydın

Herbiand.az