Naməlum şəxslər Almaniyanın şimal-şərqindəki Angermyunde şəhərindəki parkda yerləşən sovet abidəsini təhqir ediblər.
Herbiand.az bildirir ki, bu barədə rbb24 portalı şəhər administrasiyasına istinadən xəbər verir.
"Naməlum şəxslər Angermyundedəki sovet abidəsinə zərər vurublar. Cümə axşamı gecəsi Sülh Parkındakı abidənin üzərində sovet ulduzu olan yuxarı hissəsi zorla sökülüb. Element iki böyük hissəyə və bir neçə fraqmentə parçalanıb", - məlumatda bildirilir.
Qeyd olunub ki, abidə 1946-1947-ci illərdə ucaldılıb və tarixi abidə kimi qorunur. Ərazidə 36 sovet əsgəri və mülki şəxs dəfn edilib.
Bəxtiyar CƏFƏRLİ