Advertisment

Əbu-Dabidəki görüşdə Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov rəhbərlik edəcək.

Herbiand.az xəbər verir ki, Budanov bu barədə “CBS News” telekanalına açıqlaması zamanı danışıb.

O, danışıqlarda ciddi irəliləyiş əldə olunacağını gözləmədiyini, lakin görüşün keçirilməsinin özünü artıq irəliləyiş hesab etdiyini deyib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlarda Rusiya və Ukrayna üçün qarşılıqlı təhlükəsizlik təminatları müzakirə olunacaq.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.