2000-ci ildə milli gözəllik müsabiqəsinin qalibi olan 50 yaşlı Panadda Vonqphudi Tailandda həbs edilib.
Herbiand.az bildirir ki, keçmiş "Miss Tailand" və tanınmış televiziya aparıcısı ehtiyacı olanlara və təbii fəlakət qurbanlarına kömək etmək üçün toplanan xeyriyyə ianələrini saxtakarlıqla istifadə etməkdə şübhəli bilinir.
Müstəntiqlərin fikrincə, Panaddanın "Do Good Organization" xeyriyyə fonduna daxil olan vəsaitlərin bir hissəsi sui-istifadə edilmiş ola bilər. Hüquq-mühafizə orqanları daşınmaz əmlak, bahalı avtomobillər və digər lüks əşyaların alınması ilə bağlı maliyyə əməliyyatlarını araşdırır. Müstəntiqlər xüsusilə keçmiş gözəllik kraliçasının və həyat yoldaşı Atip Anantavanın bank hesablarına diqqət yetiriblər.
Polis vəsaitin nə qədərinin əslində ianə olduğunu və hara göndərildiyini müəyyənləşdirir.
Panadda özü hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Bəxtiyar CƏFƏRLİ