ABŞ Prezidenti Donald Trampın İrana qarşı nüvə silahından istifadə oluna biləcəyi barədə açıqlamasından sonra Tehranda narahatlıq artıb.
Herbiand.az xəbər verir ki, İran Səhiyyə Nazirliyi Kazma dağı yaxınlığında yaşayan əhaliyə mümkün nüvə hücumunun fəsadlarından qorunmaq məqsədilə yod həbləri paylamağa başlayıb.
“Trampa artıq etibar etmək olmaz və onun belə bir addım atması mümkündür”-Nazirlik rəsmilərindən biri belə deyib.
SEPAH-la yaxın əlaqələri olduğu bildirilən iranlı analitik isə ABŞ-ın Kazma dağına nüvə zərbəsi endirməsini olduqca real sayılır. “Bunun əksi möcüzə ola bilər”-deyə, o, bildirib.
Qeyd edək ki, Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında aparılan danışıqların iki ölkə arasında hərtərəfli və davamlı razılaşma əldə olunmadan başa çatdığını açıqlayıb.
Amerikalı jurnalist Taker Karlson noyabrın 2-də adını açıqlamadığı mənbəyə istinadən ABŞ administrasiyasının Kazma dağında yerləşdiyi iddia edilən nüvə obyektini məhv etmək üçün nüvə hücumu variantını nəzərdən keçirdiyini bildirmişdi.
Jurnalistin iddiasına görə, bu variantın gündəmə gəlməsində İsrailin Baş naziri Benyamin Netanyahunun Tramp administrasiyasına təzyiqi də rol oynayıb.
Aydın