Advertisment

BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır

Birləşmiş Millətlər Təşkilatı qlobal temperaturun sənayeləşmədən əvvəlki orta səviyyədən 3 dərəcə yuxarı qalxacağı təqdirdə ciddi iqtisadi itkilərin olacağı barədə xəbərdarlıq edib.

Herbiand.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “Qlobal Ticarət Yeniləməsi: Noyabr 2026” hesabatında bildirilib.

Hesabata görə, ötən il qlobal temperatur artımı sənayeləşmədən əvvəlki orta göstərici ilə müqayisədə 1,4 dərəcəyə çatıb. Bu, 2015-2025-ci illər arasında qeydə alınan 11-ci ən isti il olub.

Qeyd olunub ki, temperatur artımı Paris Sazişində müəyyən edilmiş 1,5 dərəcə hədəfini keçəcək və iqlim dəyişikliyi artıq ciddi iqtisadi risklər yaradır. Xəbərdarlıq edilir ki, temperatur artımı 3 dərəcəyə çatarsa, iqtisadi itkilər qlobal ÜDM-in 10%-nə bərabər ola bilər.

Ekvatora daha yaxın olan aşağı gəlirli ölkələrdə isə bu itkilər ÜDM-in 17%-nə çata bilər.

Teleqraf