“Marşal Şapoşnikov” freqatı, böyük sualtı qayıq əleyhinə “Admiral Tributs” gəmisi və “Peçenqa” tankeri Hindistanın Koçin limanını tərk edib.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, gəmilər limandan çıxdıqdan sonra Hindistan hərbi gəmisi ilə rabitə və birgə manevr təlimi keçiriblər. Təlimin əsas məqsədi dənizdəki missiyalar zamanı Rusiya və Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri arasında əməkdaşlıq səviyyəsini artırmaq olub.
Xatırladaq ki, gəmilər Koçin limanına 12 noyabrda çatıb.
Bəxtiyar CƏFƏRLİ