Advertisment

Rusiyanın strateji hərbi bazasının yerləşdiyi şəhərdə hava məkanı bağlandı

Şimali Osetiyanın Mozdok şəhərində aviasiya təhlükəsizliyi ilə bağlı “xalça rejimi” tətbiq olunub.

Herbiand.az xəbər verir ki, bu barədə Şimali Osetiya rəhbəri Sergey Menyaylo Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, müvafiq qərar Moskva vaxtı ilə saat 07:11-də elan edilib.

Bildirilib ki, hazırda Şimali Osetiyada, eləcə də Şimali Qafqaz Federal Dairəsinin digər bölgələrində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi qüvvədədir.

Menyaylo mümkün təhlükə fonunda mobil rabitə və internet xidmətlərinin işində ləngimələrin yarana biləcəyini də bildirib.

Qeyd edək ki, “Xalça” rejimi hava məkanının bütün uçuş aparatları üçün müvəqqəti bağlanmasını, havada olan təyyarə və helikopterlərin isə dərhal eniş etməsini və ya müəyyən edilmiş ərazidən çıxarılmasını nəzərdə tutur.

Bu rejim hava şəraitinin qəfil pisləşməsi, hava məkanının pozulması və ya pilotsuz uçuş aparatlarının hücumu kimi müxtəlif təhlükələr zamanı tətbiq edilə bilər.

Aydın

Hebriand.az