Fransalı qadın bit bazarından 20 avroya lampa alıb və hərracda 251.000 avroya satıb.
Herbiand.az xəbər verir ki, bu barədə Connexion France nəşri xəbər verib.
Georges Juvenin (1910-1964) əl işi olan qara keramika lampası 2025-ci ildə Fransanın şimalındakı bit bazarından alınıb. Alıcı onu şkafa qoyub. Lampanı bir neçə ay sonra onun qızı evi təmizləyərkən tapıb. O, Juve-nin imzası görüb, bununla bağlı araşdırma aparıb və Parisdəki NEO Enchères hərrac evinin əvvəllər bu rəssamın əsərlərini satdığını öyrənib.
Ailə hərracılarla əlaqə saxlayıb və əşyanı qiymətləndirmək üçün Parisə gətirib. Mütəxəssislər əsərin orijinallığını və əla vəziyyətini təsdiqləyiblər və onu 80.000 ilə 120.000 avro arasında qiymətləndiriblər.
Hərrac 29 oktyabrda baş tutub və yekunda 251.000 avroya satılıb.
Bəxtiyar CƏFƏRLİ