Advertisment

ABŞ donanmasına yeni çoxməqsədli nüvə sualtı qayığı verilib

Aprelin 25-də “Huntington Ingalls Industries”-in Newport News gəmiqayırma zavodu Virciniya sinfinə aid “New Jersey” nüvə hücum sualtı gəmisini ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verib. Bu, Amerika donanması üçün hazırlanmış bu tipli 23-cü sualtı qayıqdır.

Herbiand.az bildirir ki, bu barədə Navy Recognition məlumat yayıb.

“New Jersey” Blok IV konfiqurasiyasında inşa edilmiş beşinci Virciniya sinifli sualtı qayıqdır (bu modifikasiyanın cəmi on sualtı qayığının tikintisi planlaşdırılır). Gəminin təməli 2019-cu ilin mart ayında qoyulub, 2022-ci ilin mayında isə suya buraxılıb. Bu məqamda nüvə sualtı qayığının hazırlığı 90% qiymətləndirilib.

Gəminin uzunluğu 115 metrə çatır. Su altında 34 mil sürətə üzə bilir. Dənizə düşmə dərinliyi təxminən 500 metrdir. Ekipaj 134 nəfər, o cümlədən 14 zabit təşkil edir.

Nüvə sualtı qayığı 12 Tomahawk qanadlı raketdən ibarət şaquli buraxılış sistemləri ilə təchiz edilib. Bundan əlavə, sualtı qayıq 4 ədəd 533 mm-lik torpedo aparatı ilə silahlanıb.

Bəxtiyar CƏFƏRLİ