Advertisment

Rusiya 2025-ci ildə Ukrayna ərazisinin 1%-dən azını ələ keçirib

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyi ilə görüşdə bu il Ukraynada rus qoşunlarının cüzi nailiyyətlərini faktiki olaraq təsdiqləyib.

Herbiand.az bildirir ki, bu barədə DW xəbər verir.

Putinin sözlərinə görə, 2025-ci ilin əvvəlindən Rusiya ordusu 4900 kv/km ərazini və 212 yaşayış məntəqəsini işğal edib.

Nəşr qeyd edib ki, bu rəqəmlər hücumun sürətinin azaldığını göstərir: “İddia edilən 4900 kv/km ərazi Ukrayna ərazisinin 1%-dən azını təşkil edir. Moskvanın davamlı olaraq “strateji uğurlar” iddiasına baxmayaraq, bu artım artıq üçüncü ilinə qədəm qoyan genişmiqyaslı müharibə kontekstində simvolik xarakter daşıyır”.

Bəxtiyar CƏFƏRLİ